Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

“Nar” “Naxtel” abunəçilərinə xüsusi kampaniya təklif edəcək

 

1 oktyabr 2025-ci il tarixindən “Nar” şəbəkəsinə keçid edən “Naxtel” abunəçilərə müxtəlif tariflər üzrə 20%-dək endirim və güzəştlər təqdim olunacaq.

Yenixeber.org: Ümumilikdə 12 ay müddətində qüvvədə olacaq endirimlər barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Naxtel” abunəçiləri 1 oktyabr – 1 dekabr 2025-ci il tarixlərində “Nar”ın Naxçıvan Muxtar Respublikası, o cümlədən Bakı və Gəncə şəhərlərində yerləşən xüsusi xidmət mərkəzlərinə yaxınlaşaraq mövcud nömrələrini öz adlarında saxlamaqla “Nar” şəbəkəsinə keçid edə bilərlər.

Abunəçilər xidmət mərkəzlərinin ünvanları və ətraflı məlumatla link vasitəsilə tanış ola bilərlər.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam