Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Ukrayna PUA-ları az qala Putini vuracaqmış

 

Ukraynanın pilotsuz təyyarələri (PUA) ötən gecə Soçiyə hücum etdikdən sonra maraqlı məlumat üzə çıxıb. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, PUA hücumu nəticəsində bir  avtomobilin sürücüsü həlak olub, bir neçə evə ziyan dəyib.

Yenixeber.org xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, gecə ərzində üç dəfə həyəcan siqnalı verilib, Soçi hava limanı isə yarım saatdan çox bağlı qalıb.

Şayiələrə görə, Rusiya prezidenti Vladimir Putin həmin vaxt şəhərdə ola bilərdi. Bir gün əvvəl o, Soçidə BRICS-in növbədənkənar iclasında iştirak edib və prezidentin İl-96 təyyarəsi hələ də hava limanındadır.

Vladimir Putinin Boçarov Ruçey iqamətgahı Soçidə yerləşir və o, dron hücumları səbəbindən getdikcə oranı daha az ziyarət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam