Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Polşanın hava məkanını pozan obyektlər zərərsizləşdirilib

Polşa hərbçiləri ölkənin hava məkanını pozan obyektləri zərərsizləşdirib
Polşa hərbçiləri gecə saatlarında ölkənin hava məkanını pozan obyektləri vurub, lakin onların Rusiya PUA-ları olması ilə bağlı məlumat yoxdur.

Yenixeber.org: Bunu Polşanın baş naziri Donald Tusk deyib.

"Polşa hava məkanının çoxsaylı pozulması ilə bağlı əməliyyat aparılır. Ordu obyektlərə qarşı silahdan istifadə edib. Mən prezident və müdafiə naziri ilə daim əlaqə saxlayıram. Mən birbaşa əməliyyat komandirindən hesabat almışam", - Tusk “X” hesabında bildirib.

Ukrayna tərəfi Rusiyanın bir neçə pilotsuz təyyarəsinin Ukrayna üzərindən Polşaya uçduğunu bildirib.

Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.

Qeyd edək ki, Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam