Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Netanyahu: İsrail Çarli Kirkin qətlində iştirak etməyib

 

İsrail amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirkin qətlində iştirak etməyib.

Yenixeber.org xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “NewsMax TV” kanalına müsahibəsində bildirib.

“Bu tamamilə ağlasığmaz iddiadır. Bütün bu iddialar yalnız ağlasığmaz deyil, həm də son dərəcə absurd və gülüncdür. İnsanların belə şeylər söyləməsinə inanmaq çətindir. Hadisəni törədən şəxs artıq tapılıb və məsələ araşdırılır”, – o vurğulayıb.

Baş nazir həmçinin bildirib ki, Çarli Kirk daha əvvəl ona müxtəlif məsələlərlə bağlı məktub göndərib. Onun sözlərinə görə, Kirk öz ideyaları ilə “döyüş meydanında mübarizə aparırıb” və qalib gəlmək potensialına sahib olub.

“O, qalib gələcəkdi. Məhz buna görə onu güllələdilər. Ümid edirəm ki, onun ideyalarını susdura bilməyəcəklər. Mən inanıram ki, insanlar bu gülünc, absurd yalanlara boyun əyməyəcəklər”, – Netanyahu əlavə edib.

Qeyd edək ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 11-də sui-qəsd nəticəsində qətlə yetirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam