Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Papoyandan etiraf:Bizim etdiyimizi türklər etsəydilər...

 

“Ermənistanın yeni sərhəd möhürlərində Ağrı dağı təsviri olmayacaq”.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan möhürdən Ağrı dağı simvolunun çıxarılması ilə bağlı danışarkən deyib.

Nazir dövlət möhüründə Ağrı dağı simvolunun yer almasının Türkiyəyə qarşı ərazi iddiası anlamına gəldiyini dolayısı ilə etiraf edib.

“Ağrı dağın şəklinin bizim dövlət sərhədinin möhüründən silinməsindən şikayət edənlərə sual:

Türkiyənin sərhəd möhüründə Araqat dağının (Ermənistan ərazisində yerləşir – red.) şəklini görsəydiniz, necə reaksiya verərdiniz?

Dünyanın əksər ölkələrinin sərhəd möhürlərində olduğu kimi, yeni möhürlərdə Ağrı dağı da daxil olmaqla, sərhəd-keçid məlumatlarından başqa hər hansı digər məlumat və ya təsvirlər olmayacaq. Markanın ölçüsü də kiçildilib ki, pasportlar bir çox səyahətçilər üçün daha uzunmüddətli olsun”, - Papoyan bildirib.

Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam