Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

 İtaliya Rusiyanın hücumuna hazır deyil -RƏSMİ

quido
İtaliya Rusiyanın hücumuna hazır deyil.

Yenixeber.org: Bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto jurnalistlərə açıqlamasında bildirib.

Nazir dronların Polşanın hava məkanını pozması fonunda Rusiya ilə NATO arasında gərginliyin artdığı bir vaxtda bəyan edib ki, İtaliya “Rusiya hücumuna hazır deyil”.

Krosetto bildirib ki, İtaliya hərbi hücuma cavab vermək üçün lazımi hazırlığa malik deyil. O, bunun səbəbini müdafiə sahəsinə son 20 ildə yetərincə sərmayə qoyulmaması ilə izah edib.

“Mən bunu uzun müddətdir deyirəm. Düşünürəm ki, vəzifəmiz ölkəni elə bir vəziyyətə gətirməkdir ki, əgər hər hansı bir dəli – təkcə Putini yox, istənilən birini nəzərdə tuturam – bizə hücum etməyə qərar versə, özümüzü qoruya bilək”, - nazir qeyd edib.

İtaliya NATO ölkələri ilə birlikdə ölkə əhalisinin narazılığına baxmayaraq qarşıdakı onillik ərzində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılaşıb.(“The Guardian”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam