Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

 

Avropa Komissiyası İsrailə qarşı təkliflər paketi üzrə təklifləri razılaşdırıb.

Yenixeber.org-un məlumatına görə, bu barədə Avropa Komissiyası kollegiyasının yekunlarına dair mətbuat konfransında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və ticarət üzrə komissar Maroş Şefçoviç məlumat veriblər.

Bildirilib ki, buraya hökumətin ayrı-ayrı nazirlərinə qarşı sanksiyalar və İsrailin Qəzzadakı addımları fonunda tərəflər arasında Avropa-Aralıq dənizi sazişinin bəzi ticarət müddəalarının dayandırılması daxildir.

"Məqsəd İsraili cəzalandırmaq deyil, onu Qəzzadakı vəziyyəti dəyişməyə təşviq etməkdir", - K.Kallas vurğulayıb.

Ticarət müddəalarına gəlincə, Aİ-yə ixrac olunan İsrail malları preferensiya hüququnu itirir və onlara ittifaqın azad ticarət sazişi olmayan hər hansı digər üçüncü ölkəyə tətbiq olunan səviyyədə rüsumlar tətbiq ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam