Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş keçiriləcək

 

Gələn ay İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılır.

Yenixeber.org xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Fərzanə Sadiq Tehranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevlə görüşündə bildirib.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda yaradılacaq müştərək İşçi qrup nəqliyyat və gömrük problemlərini nəzərdən keçirəcək. O qeyd edib ki, Kəlalə-Ağbənd körpüsü və sərhəd terminalı layihəsi Novruz bayramına qədər tamamlanacaq, Kəlalə-Culfa yolunun genişləndirilməsi isə nəzərdə tutulur.

Nazir Fərzanə Sadiq bildirib ki, İran və Azərbaycan arasında güzəştli ticarət sazişi yekunlaşdırılması iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 650 milyon dollardan 1 milyard dollara çatdıra bilər.

Görüş zamanı müzakirə olunan digər mövzulara müştərək neft bloklarının işlənməsi, qaz mübadiləsi sazişinin Naxçıvanadək uzadılması, Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı daxildir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şəhid Rəcai limanına səfəri və liman əməkdaşlığı üzrə memorandumun imzalanması da planlaşdırılıb.

Fərzanə Sadiq iki ölkə arasında səyahət və əməkdaşlığın hərtərəfli artım və tərəqqiyə səbəb olacağına ümid etdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam