Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Müxalifət lideri güllələndi -Ermənistanda

Ermənistanda müxalifət lideri güllələndi

Sentyabrın 23-də saat 23:52-də İrəvan şossesinin Armavir vilayətinin Merdzavan kəndi ərazisindən keçən hissəsində atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub.
Yenixeber.org: Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, iki nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlərdən biri Parakar icmasının müxalifət lideri Volodya Qriqoryandır.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın jurnalistlərə verdiyi məlumata görə, atışmada öldürülən ikinci şəxs kriminal polisinin əməkdaşı, baş leytenant Karen Abramyandır.

Onun sözlərinə görə, polis əməkdaşı qətl zamanı işdə olub. O, Parakar icmasının rəhbəri Volodya Qriqoryanın dostu olub və qətl zamanı onun yanındaymış.

Polis hadisənin bütün hallarını aydınlaşdırmaq üçün tədbirlər görür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam