Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Nazir: Azərbaycan əmək münasibətləri sahəsində İƏT-lə səmərəli əməkdaşlıq edir

 

Azərbaycan əmək münasibətləri sahəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə səmərəli əməkdaşlıq edir.

Yenixeber.org xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər" mövzusunda təşkil edilən tədbirin açılış sessiyasındakı çıxışında deyib.

O bildirib ki, qərargahı Bakıda yerləşən İƏT-in Əmək Mərkəzi məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı istiqamətində üzv ölkələr arasında əlaqələndirmə missiyasını uğurla yerinə yetirir:

"Hesab edirəm ki, bugünki müzakirələrin gündəliyi olduqca vacib məsələləri ehtiva edir və ölkələrimizdə əmək bazarının inkişafı, təhlükəsiz əmək şəraitinin yaradılması, yoxsulluğun azaldılması sahəsində mütərəqqi təcrübənin əldə edilməsinə yönəldilib".

Nazir vurğulayıb ki, son illər ərzində Azərbaycanda 5 böyük sosial islahat paketi həyata keçirilib və bu islahatlar 4 milyon vətəndaşı əhatə edib:

"Nəticədə bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə artırılıb. Ölkə üzrə orta pensiyada 2,6 dəfə və orta əmək haqqında isə 2 dəfə artımlar müşahidə olunub. Sosial müavinətlərin və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin həcmi isə 5 dəfə artırılıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam