Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ukrayna Prezidenti: Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir

 

Beynəlxalq hüquq təkbaşına müharibəni seçənlərin qarşısını ala bilməz. Beynəlxalq hüquq tam işləmirsə, demək ki, sizin təsirli dostlarınız və ya silahınız yoxdur.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

Zelenskinin sözlərinə görə, beynəlxalq institutlar zəifləyib, beynəlxalq qurumlar isə qanlı toqquşmalara son qoymaq iqtidarında deyil.

“Heç bir beynəlxalq institut qanlı toqquşmaları dayandıra bilmir. Bunlar həmişə zəif olub. Sudan, Somali, Fələstin və ya müharibə yaşayan digər xalqlar BMT-dən nə gözləyə bilərlər? Onilliklərdir sadəcə bəyanatlardan başqa heç nə yoxdur…”, - Ukrayna Prezidenti vurğulayıb.

Zelenski deyib ki, Ukrayna sülh istəyir, lakin Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir.

O qeyd edib ki, Suriya beynəlxalq ictimaiyyətdən daha çox dəstək almağa layiqdir: “Sanksiyalar ləğv edilməli, iqtisadiyyatının bərpası üçün dəstək verilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam