Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? –AÇIQLAMA

 

Havaların soyuması ilə birlikdə əhali arasında tənəffüs yolları infeksiyalarının sayı artır.

Yenixeber.org xəbər verir ki, bir çox insan burun axması, boğaz ağrısı və öskürəklə qarşılaşdıqda, bunun soyuqdəymə, yoxsa qrip olduğunu ayırd edə bilmir. Halbuki bu iki vəziyyətin simptomları oxşar görünsə də, fərqli yanaşma və müalicə tələb edir.

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev bildirib ki, soyuqdəymə adətən yüngül keçir və orqanizmin öz müqaviməti ilə qısa müddətdə sağalır. Qrip isə daha ciddi virus infeksiyasıdır və bəzi hallarda ağırlaşmalara səbəb ola bilər:

"Soyuqdəymə əsasən burun axması, boğazda qıcıqlanma və yüngül öskürəklə özünü göstərir. Qızdırma nadir hallarda müşahidə olunur və əlamətlər mərhələli şəkildə ortaya çıxır. Qrip isə qəfil yüksək hərarət, baş və əzələ ağrıları, güclü zəiflik və quru öskürəklə başlayır", - deyə həkim izah edir.

Həkim qeyd edib ki, qrip zamanı halsızlıq və iştahsızlıq daha ağır keçir, bu səbəbdən simptomlar başladıqda həkimə müraciət etmək və ehtiyac varsa, antiviral müalicəyə başlamaq vacibdir.

Mütəxəssis xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar və uşaqlar üçün qripin ciddi fəsadlar törədə biləcəyini xatırladaraq, qrip əleyhinə peyvəndlənmənin və immun sisteminin gücləndirilməsinin önəmini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam