Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) "Telegram" və "WhatsApp" ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir.

Yenixeber.org xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər əlavə təhlükəsizlik imkanlarından istifadə etmir. Bu baxımdan, vətəndaşlara tövsiyə edilir ki, "Telegram" və "WhatsApp" hesablarında iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.

"Telegram"da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcə tətbiqin "Ayarlar" bölməsinə daxil olmalı, daha sonra "Məxfilik və Təhlükəsizlik" hissəsini seçməlidir. Buradan "İki mərhələli təsdiqləmə" bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda, hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarla göndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələ keçirilməsi riskini azaldır.

"WhatsApp" tətbiqində isə "Ayarlar" bölməsindən "Hesab" hissəsinə daxil olaraq "İki mərhələli təsdiqləmə" seçilməlidir. Burada altı rəqəmli PIN kod təyin edilir və hesabın təhlükəsizliyi üçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PIN kod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təmin edir.

Bununla belə, ETX məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrə rəsmi nümayəndələrlə davamlı müzakirələr aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam