Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşib

 

“Xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiqlənib.

Yenixeber.org-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Xüsusi icra məmurlarının fəaliyyətinə Nazirlik tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçirilir. Xüsusi İcra Məmurlarının Palatasının üzvü Nazirlik tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin
yoxlanılmasına cəlb oluna bilər. Yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılır. Plan üzrə (növbəti) yoxlama 2 (iki) ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılır. Yoxlamalar planı Nazirlik tərəfindən müəyyən edilir. Planda fəaliyyəti yoxlanılacaq xüsusi icra məmurlarının siyahısı, yoxlamanın tarixi və yeri göstərilir.Yoxlamalar planı əsasında yoxlamanın təyin edilməsi barədə qərar qəbul edilir.
Yoxlamanın aparılması yoxlamanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə həvalə edilə bilməz. Yoxlamanın aparılması zamanı maraqların toqquşması hallarına yol verilməməlidir. Yoxlayıcı yoxlamaya başlamazdan əvvəl və ya yoxlamanın gedişində şəxsi maraqlarına toxunan, habelə onun qərəzsizliyinə əsas verə bilən hallar aşkar etdikdə, bu haqda məlumat verməlidir.
Xüsusi icra məmurlarının ilk dəfə fəaliyyətə başlamasından 6 ay keçmədən plan üzrə yoxlanılma aparıla bilməz. Plan üzrə yoxlamanın başlanmasına azı 10 (on) iş günü qalmış xüsusi icra məmuruna onun yeri və tarixi barədə yazılı bildiriş göndərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam