Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

 

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir.

Yenixeber.org-un xəbərinə görə, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, xarici film bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən filmdir.

Birgə istehsal filmi yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən filmdir.

Milli film üçün tələblərə cavab verən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xarici kinematoqrafiya müəssisələri ilə birgə istehsal edilmiş filmlər isə milli film hesab oluna bilər.

Qeyd edək ki, qanuna əsasən, filmin prodüseri Azərbaycan Respublikasının vətəndaşı və ya qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduqda, filmin çəkiliş qrupunda Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər 30 faizdən artıq olmadıqda, film Azərbaycan dilində çəkildikdə, qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, çoxaldılmasını, yayımını, nümayişini həyata keçirən kinematoqrafiya müəssisələri filmin smetasında nəzərdə tutulmuş ümumi iş həcminin 50 faizindən çoxunu yerinə yetirdikdə və film istehsalında xarici investisiyaların həcmi filmin smeta dəyərinin 30 faizindən artıq olmadıqda film milli film hesab edilir.

Beləliklə, bu tələblər təmin olunursa, yerli və xarici prodüserlərin birgə istehsal etdikləri film milli film hesab olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam