Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin dörd ildən bir olması təklif edilir

 

Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin dörd ildən bir olması təklif edilir.

Yenixeber.org xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, qanunvericilik işləyən pensiyaçıların sonradan topladığı kapitalın altı ildən bir hesablanmaqla pensiyaya əlavə olunmasına imkan verir:

"Yəni vətəndaşın pensiyası işlədiyi dövr üzrə topladığı pensiya kapitalı 72-yə (144-72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə yenidən hesablanır. İşləyən pensiyaçılara əlavələr iki dəfə olmaqla altı ildən bir edilir. Bu da 65 yaşında pensiyaya çıxan və işləyən vətəndaşın pensiyasına əlavənin ikinci dəfə 77 yaşında edilməsi deməkdir. Ancaq əksər inkişaf etmiş ölkələrdə pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir. Ona görə də "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməli, işləyən pensiyaçıların pensiya kapitalından istifadənin üç dəfə olmaqla dörd ildən bir həyata keçirilməsini təklif edirəm. Bununla da işləyən pensiyaçılar topladıqları pensiya kapitalından daha səmərəli istifadə edə və vətəndaşlarımızın pensiyalarında daha çox artım olar. Hər halda işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşımızı sevindirər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam