Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq

 

Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda fəaliyyət göstərən bankların 2026-cı ildə də əvvəlki iki ildə olduğu kimi dayanıqlılığını qoruyacağı gözlənilir.

Yenixeber.org xəbər verir ki, bu barədə "S&P Global Ratings" reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, region üzrə orta kreditləşmə artımının 15–20% intervalında qalması, aktivlərin keyfiyyətinin sabitliyi, həmçinin gəlirlilik və kapital səviyyələrinin adekvat olması bank sektorunun mövqelərini dəstəkləyəcək.

S&P vurğulayıb ki, əlverişli iqtisadi artım perspektivləri, xüsusilə pərakəndə seqmentdə yüksək kredit tələbi, sağlam maliyyələşmə və likvidlik göstəriciləri, eləcə də möhkəm gəlirliliklə dəstəklənən sabit kapital buferləri 2026-cı ildə kredit keyfiyyətinin qorunmasına şərait yaradacaq.

Həmçinin, agentlik hazırda region üzrə maliyyə institutlarının 19%-nin reytinq proqnozunun “müsbət”, 81%-nin proqnozunun isə “sabit” olduğunu açıqlayıb.

Agentlik region üçün əsas risklər sırasında yüksəlmiş geosiyasi gərginlikləri, pərakəndə kreditləşmənin aqressiv artımı fonunda yarana biləcək disbalansları, eləcə də rəqəmsallaşma, süni intellekt, iqlim dəyişikliyi və kiber təhlükələrlə bağlı formalaşan yeni riskləri göstərir. Eyni zamanda, tənzimləmə, nəzarət və korporativ idarəetmədə irəliləyişlər olsa da, bu sahələrin hələ də inkişaf etmiş bazarlarla müqayisədə daha az şəffaf və proqnozlaşdırılan olduğu vurğulanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam