Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Bolqarıstanın ilk qadın prezidenti o oldu-FOTO

 

Bolqarıstan Konstitusiya Məhkəməsi Prezident Rumen Radevin istefa ərizəsini yekdilliklə qəbul edərək dövlət başçısının səlahiyyətlərini vitse-prezident İliana Yotovaya təhvil verib.

Yenixeber.org xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, yanvarın 23-də Konstitusiya Məhkəməsinin 12 hakiminin hamısı Rumen Radevin könüllü istefası ilə bağlı qərarı təsdiqləyib.

Qərara əsasən, Radevin səlahiyyətləri yanvarın 20-də ərizəni təqdim etdiyi andan dayandırılmış hesab olunur. İliana Yotova isə Radevin səlahiyyət müddətinin sonuna – 22 yanvar 2027-ci ilə qədər prezident vəzifəsini icra edəcək.

Qeyd edək ki, Rumen Radev Bolqarıstanın postsovet tarixində istefa verən ilk dövlət başçısıdır.

Onu da bildirək ki, hazırda Bolqarıstanda ilk dəfə bir qadın dövlət başçısı vəzifəsini icra edir. Belə ki, İliana Yotovadan əvvəl bu səlahiyyətlərin parlament sədri, erməni əsilli hüquqşünas Raya Nazaryana keçəcəyi barədə iddialar olsa da, Konstitusiya Məhkəməsi vitse-prezidentin birbaşa xələf olduğunu təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam