Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

 

ABŞ-də bir neçə gündür qar və soyuq hava ilə müşayiət olunan fırtına 34 nəfərin ölümünə səbəb olub.

Yenixeber.org xəbər verir ki, ölüm faktları ölkənin 14 ştatında qeydə alınıb.

Ən çox ölüm hadisəsi Nyu-York ştatında baş verib ki, burada 9 nəfər soyuq havanın qurbanı olub.

Bir çox ştatlarda yağıntının miqdarı 30 sm-i keçib, bu da yollarda hərəkətin pozulmasına, uçuşların ləğv olunmasına və məktəblərin bağlanmasına səbəb olub.

ABŞ-nin Milli Meteorologiya Xidmətinin məlumatına görə, Pittsburqun (Pensilvaniya ştatı - red.) şimalında bəzi bölgələrdə yağıntının miqdarı 50 sm-i keçib.

Təxminən 550 min sakinin yaşadığı ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Enerji təchizatının hələ bir neçə gün sonra bərpa oluna biləcəyi deyilir.

Ölkədə əlverişsiz hava şəraitinin təxminən bir həftə davam edəcəyi gözlənilir. Meteoroloqlar həftəsonu ABŞ-nin şərq sahillərinin daha bir fırtınaya məruz qala biləcəyini istisna etmirlər.

Qeyd edək ki, ölü sayı ilə bağlı ən son rəqəm 26 idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam