Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

“BMT maddi çöküş riski ilə üz-üzədir” -Antonio Quterreş

“BMT maddi çöküş riski ilə üz-üzədir” -

“Birləşmiş Millətlər Təşkilatı (BMT) ciddi maddi çöküş riski ilə üz-üzədir və qurumun maliyyə resursları iyul ayına qədər tamamilə tükənə bilər”.

Yenixeber.org xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş quruma üzv ölkələrin səfirlərinə ünvanladığı məktubda xəbərdarlıq edib.

Baş katib yaranmış böhranın səbəbi kimi üzv dövlətlərin ödənişləri gecikdirməsini və mövcud büdcə qaydalarını göstərib:

“Hazırkı qanunvericilik BMT-ni xərclərdən artıq qalan vəsaiti geri qaytarmağa məcbur edir ki, bu da manevr imkanlarını məhdudlaşdırır. Böhran dərinləşir və maliyyə cəhətindən çöküş riski yaradır. Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək. Vəziyyətdən çıxış yolu ya üzv ölkələrin üzərlərinə düşən ödənişləri tam və vaxtında həyata keçirməsi, ya da büdcə qaydalarına təcili dəyişiklik edilməsidir”.

Xatırladaq ki, ABŞ-nin BMT-yə bağlı qurumlara könüllü maliyyə dəstəyini azaltması və sülhməramlı missiyalar üçün nəzərdə tutulan məcburi vəsaitləri ödəməkdən imtina etməsi təşkilatın büdcəsində böyük boşluq yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam