Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

 

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır.

Yenxeber.org xəbər verir ki, bunu sahiyyə nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, orqan transplantasiyası üçün mövcud olan gözləmə siyahısı və digər xüsusi mexanizmlərin elektron sistem halına gətirilməsi məqsədilə müəyyən addımlar atılıb:

"Ölkəmizdə transplantasiyalar sistemləşdirilmiş şəkildə aparılır. Gözləmə siyahısı formalaşdırılır, xüsusi mexanizmlərdən istifadə edilir. Yaxın qohum olmayanların orqan donoru olması üçün Koordinasiya Mərkəzi fəaliyyət göstərir. Bütün bu sistemin elektronlaşdırılması sahəsində müəyyən işlər görülür. Lakin işlər hələ ki tamamlanmayıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam