Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb -SİYAHI

 

İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr məlum olub.

Yenixeber.org xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin "Əmək bazarı" bülleteninin 5-ci buraxılışında qeyd edilib.

Belə ki, çətinlik çəkilən əsas sahələr sırasında satış və marketinq (16,7%), texniki ixtisaslar (15,8%) və mühasibatlıq və maliyyə (15,3%) yer alır. Bundan əlavə, tikinti və fiziki işlər (9,5%) və ticarət sahəsi (9,5%) də kadr çatışmazlığı yaşanan istiqamətlər sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri (6,3%) və tibb sahəsi (5,4%) üzrə işçi çatışmazlığı da var.

Bülletendəki məlumatlara görə, son 1 il ərzində şirkətlərdə ən çox vakansiya texniki ixtisaslar (21,2%) üzrə elan edilib. Satış və marketinq sahəsi 17,1%, mühasibatlıq və maliyyə 13,5% təşkil edib. Tikinti və fiziki işlər, eləcə də kənd təsərrüfatı və heyvandarlıq sahələrinin hər biri üzrə göstərici 13,1% olub. Ticarət sahəsi üzrə vakansiyalar 10,4%, ofis və inzibati dəstək işləri üzrə 9,5% təşkil edib. Tibb sahəsi 7,2%, turizm və xidmət sektoru isə 6,8% səviyyəsində qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam