Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

AAYDA-nin yeni sədri kollektivə təqdim edilib-FOTO

AAYDA-nin yeni sədri kollektivə təqdim edilib

Bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov dövlət başçısının ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirlini qurumun kollektivinə təqdim edib.

Yenixeber.org: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, təqdimat zamanı N.Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, yol infrastrukturu sahəsində əldə olunan nəticələrin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, Agentliyin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayaraq, qurumun qarşısında duran əsas vəzifələr və bu istiqamətdə verilən tapşırıqlar barədə məlumat verib, bu tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

V.Nəsirli ona göstərilən etimadı yüksək qiymətləndirib, yol təsərrüfatının inkişafı, infrastruktur layihələrinin keyfiyyətinin artırılması və bu sahədə islahatların davam etdirilməsi istiqamətində qarşıya qoyulan hədəflərin layiqli həyata keçirilməsi üçün bütün səyləri göstərəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam