Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

İrana hücum edilərsə, regiondakı ABŞ bazaları hədəf olacaq -RƏSMİ AÇIQLAMA

ABŞ-nin İrana hücum edəcəyi TARİX açıqlandı

“İran raket proqramı üzrə danışıqlar aparmayacaq”.

Yenixeber.org: Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib.

O, sözügedən danışıqları sırf müdafiə xarakterli məsələ adlandırıb.

Əraqçi müsahibəsində Vaşinqtonla son təmasların “yaxşı başlanğıc nöqtəsi” olduğunu qeyd etsə də, etimadın möhkəmləndirilməsi üçün hələ uzun yol olduğunu vurğulayıb.

Nazir bildirib ki, bir gün əvvəl keçirilən danışıqlar dolayı formatda olub və yalnız nüvə məsələsi ilə məhdudlaşıb.

“Zənginləşdirmənin qadağan olunması məsələsi İran üçün müzakirə mövzusu deyil. Uranın zənginləşdirilməsi İranın hüququdur və davam etməlidir”, – deyə Əraqçi bildirib.

O əlavə edib ki, hətta bombardman yolu ilə belə İranın bu sahədə imkanlarını aradan qaldırmaq mümkün olmayıb.

Bununla yanaşı, Araqçi İranın zənginləşdirmə ilə bağlı etibarlı razılaşmaya hazır olduğunu qeyd edib.

“İndi də, gələcəkdə də raketlər üzrə danışıqlar aparıla bilməz, çünki bu müdafiə məsələsidir”, - deyib.

Əraqçi həmçinin İranın nüvə dosyesinin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini bildirib.

O, mümkün ABŞ hücumuna cavab məsələsinə də toxunub: “Əgər İrana hücum edilsə, biz regiondakı ABŞ bazalarını hədəf alacağıq”.

Əraqçi müharibə ehtimalının hər zaman mövcud olduğunu və İranın bu ssenariyə hazır olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam