Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin vacibliyini bəyan edib.

Yenixeber.org xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko silahlı qüvvələrin təchizatı və ölkənin hərbi-sənaye kompleksinin inkişafı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Onun sözlərinə görə, müasir reallıqlarda yalnız öz hərbi təhlükəsizliyini təmin edə bilən dövlət suveren dövlət hesab oluna bilər.

Lukaşenko qeyd edib ki, müdafiə qabiliyyətinin gücləndirilməsi qonşu ölkələrin siyasəti ilə şərtlənir.

"İstəsək də, istəməsək də, mən Belarus xalqını bu barədə çoxdan xəbərdar etmişəm, biz müdafiə qabiliyyətimizi gücləndirməli olacağıq. Belarus sərhədlərində, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur. Biz bunun təsadüf olmadığını başa düşürük. İnsanlar pulu tanklara və döyüş sursatlarına elə-belə xərcləmirlər", - prezident vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam