Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Azərbaycan və Ermənistanın delimitasiya üzrə Dövlət komissiyaları yaxın zamanda yeni görüş keçirəcək

 

Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının növbəti görüşü yaxın zamanda keçiriləcək.

Yenixeber.org-un məlumatına görə, bunu Ermənistan-Azərbaycan "Sülh körpüsü" təşəbbüsünün iştirakçısı Narek Minasyan bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki görüş Azərbaycan ərazisndə baş tutduğu üçün növbəti görüş Ermənistanda keçiriləcək.

"Yaxın vaxtlarda iki ölkənin sərhədin demarkasiyası üzrə komissiyalarının görüşü planlaşdırılır. Nəzərə alsaq ki, əvvəlki görüş Azərbaycan ərazisində keçirilib, növbəti görüş çox güman ki Ermənistanda baş tutacaq".

Xatırladaq ki, sərhədlərin delimitasiyası üzrə komissiyaların əvvəlki görüşü 2025-ci il noyabrın 28-də Qəbələ şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə keçirilib.

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçirilib, burada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri görüşüblər. Azərbaycan nümayəndə heyətinin tərkibinə 19 nəfər daxil olub, Ermənistan tərəfindən isə qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi iştirak edib.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam