Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Kərəm Mansurov: Məhkəmə sistemində süni intellektin tətbiqi institusional məsuliyyətdir

 

Bu gün məhkəmə sistemində süni intellektin tətbiqi yalnız texnologiya məsələsi deyil, artıq institusional məsuliyyət məsələsidir.

Yenixeber.org xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Hakimlərin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.

O bildirib ki, süni intellekt hakim qərarını əvəz etmir, onu daha keyfiyyətli və əsaslandırılmış edir, hakimin analitik imkanlarını genişləndirir, əsas hədəf isə dəyişmir: ədalətli, əsaslandırılmış və ictimai etimada layiq məhkəmə qərarı.

Onun sözlərinə görə, hazırda sistem üzərindən 13 qurumla 23 istiqamət üzrə inteqrasiya aparılır: "Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi və məlumat mübadilələri ilə əlaqədar sorğumuz əsasında hakim korpusundan xeyli əsaslı təkliflər daxil olub və həmin təkliflər təhlil edilməkdədir. Eyni zamanda, müvafiq sistem kritik informasiya obyekti olduğundan kibertəhlükəsizlik ilə əlaqədar, Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə bu sahədə sıx əməkdaşlıq davam etdirilməkdədir. Habelə təhlükəsizlik baxımından əsas və ehtiyat serverdən Hökümət buluduna keçidlə bağlı zəruri addımlar atılmaqdadır".

K.Mansurov deyib ki, hazırda "Elektron məhkəmə" sisteminin təkmilləşdirilməsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu günədək "Elektron məhkəmə" informasiya sisteminin şəxsi kabinetində 252 076 istifadəçi qeydiyyatdan keçib: "Ümid edirik ki, aparılan islahatlar və görülən işlər nəticəsində yaxın zamanda bu sayın dəfələrlə artacağının şahidi olacağıq".

Qeyd olunub ki, məhkəmə sistemində rəqəmsallaşma yalnız texnoloji modernləşmə deyil, ədalət mühakiməsinin keyfiyyəti, əlçatanlığı, səmərəliliyi və etibarlılığının artırılması vasitəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam