Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

KİV: Ukrayna, ABŞ və Rusiya Zaporojye AES-in idarə olunmasını müzakirə edə bilər

 

Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin üçtərəfli formatda növbəti görüşündə Zaporojye Atom Elektrik Stansiyasının (AES) idarə olunması məsələsi müzakirə edilə bilər.

Yenixeber.org xəbər verir ki, bu barədə "Ukrainska pravda" diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

"Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təsdiqlənmiş qrupların növbəti görüşündə danışıqlara energetika üzrə mütəxəssislər də cəlb oluna bilər", - mənbələr qeyd edib.

İlkin məlumatlara görə, söhbət Zaporojye AES-i kimin və hansı formatda idarə etməli olduğu məsələsinə toxunacaq.

Qeyd olunub ki, əgər məsələ həqiqətən qaldırılarsa və bu barədə məqbul mexanizm tapmaq mümkün olsa, faktiki olaraq bu, danışıqlar qruplarının işinin özünü tükətməsi demək olacaq. Bu məsələlərin danışıqlarda müzakirəsindən sonra liderlər səviyyəsində görüş ehtiyacı daha kəskin hiss olunacaq.

Daha əvvəl KİV yeni danışıqlar raundunun fevralın 26-da Cenevrədə keçirilə biləcəyi barədə məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam