Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

"İsrail İrana qarşı yeni regional ittifaq yaratmaq üzərində işləyir"

Netanyahu: İsrail İrana qarşı yeni regional ittifaq yaratmaq üzərində işləyir
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İrana və “Müsəlman Qardaşları”na qarşı yeni regional ittifaq yaratmaq üzərində işlədiyini bildirib.

Yenixeber.org: Netanyahu bu barədə “Shin Bet” kimi də tanınan İsrail Təhlükəsizlik Agentliyinin konfransında çıxışı zamanı danışıb.

Hökumət başçısı yaradılan ittifaqın bir çox ölkəni əhatə etdiyini irəli sürüb.

"Bəziləri bu günlərdə bizi ziyarət edir, bəzilərini isə biz ziyarət edirik. Mən Yaxın Şərqi əhatə edən bütöv bir dairədən danışıram", - o vurğulayıb.

Bundan əlavə, Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza planının irəliləyişinə toxunaraq, HAMAS-ın tərksilah edilməsinin vacibliyindən də danışıb.

"Bu, ya asan yolla, ya da çətin yolla baş verəcək. Amma baş verəcək", - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam