Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Bəhreyndəki ABŞ bazası vuruldu -FOTO

İran Bəhreyndəki ABŞ bazasını vurduğunu açıqladı

İran Bəhreyndə ABŞ-a məxsus baza və digər hədəflərin vurulduğunu bəyan edib.

Yenixeber.org: İran dövlət televiziyasının məlumatına görə, ABŞ və İsrailin ölkəyə hücumlarına cavab olaraq İran ordusu Bəhreyndə yerləşən ABŞ bazasını kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alıb.

Dövlət televiziyası tərəfindən yayımlanan görüntülərdə kamikadze PUA-nın ABŞ-a məxsus olduğu ehtimal edilən bazanı vurduğu əks olunub.

Xəbərdə Bəhreyndə ABŞ-a məxsus digər hədəflərin də vurulduğu bildirilib.

Digər tərəfdən, Bəhreyn Daxili İşlər Nazirliyi paytaxt Manama şəhərində bəzi binaların hədəf alındığını açıqlayıb.

Nazirliyin bəyanatında qeyd olunub: “Manamada bəzi yaşayış binaları hədəf alınıb. Mülki Müdafiə qrupları hücumdan zərər çəkən ərazilərdə yanğınsöndürmə və xilasetmə işlərini davam etdirir.”

Sosial mediada yayılan görüntülərdə İrana məxsus olduğu ehtimal edilən kamikadze PUA-nın hündürmərtəbəli binaya çırpılaraq güclü partlayışa səbəb olduğu görünür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam