Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Ceyhun Bayramov somalili həmkarı ilə İrandan Azərbaycana edilmiş dron hücumu ilə bağlı müzakirə aparıb

 

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub.

Yenixeber.org: Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Yaxın Şərqdə hərbi eskalasiya, eləcə də İran tərəfindən ölkəmizə edilmiş dron hücumu ilə bağlı müzakirə aparılıb.

Bu cür addımların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəldiyi və regionda sabitlik üçün risklər yaratdığı vurğulanıb, Somali tərəfi bu hücumları qətiyyətlə pisləyib. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, eləcə də regional və qlobal təhlükəsizlik üçün gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.

Telefon danışığı zamanı habelə Azərbaycan ilə Somali arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu çərçivədə, Somalinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində oynadığı rolun əhəmiyyəti qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam