Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

 

Hazırda Azərbaycan Avrasiya regionu ərazisində 41 layihə üzrə iş aparır.

Yenixeber.org xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankının (EDB) İnteqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Zaboyev "Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar" adlı məruzənin təqdimatında bildirilib.

"2025-ci ilin birinci yarısının yekunlarına əsasən, Azərbaycanın Avrasiya regionu dövlətlərinə kapital qoyuluşlarının həcmi 3,2 milyard dollara çatıb", – A.Zaboyev deyib.

Ekspert qeyd edib ki, Azərbaycan həm region daxilində, həm də onun hüdudlarından kənarda kifayət qədər yüksək investisiya fəallığı nümayiş etdirir.

Təqdim olunan məruzəyə əsasən, Azərbaycanın Avrasiya ölkələrinə investisiyalarının əsas istiqamətləri Ukrayna (39 %) və Gürcüstandır (38 %).

"Ən iri layihələr sırasında 330 milyon dollar dəyərində Kulevi neft terminalının (Gürcüstan) alınması və modernləşdirilməsi, həmçinin 300 milyon dollar məbləğində "SOCAR Georgia Gas"ın qazpaylayıcı şəbəkələrinin satın alınması yer alır", – A.Zaboyev bildirib.

Mərkəzin rəhbəri həmçinin bildirib ki, Azərbaycanın iqtisadiyyatına əsas regional investor olaraq Rusiya qalır (98 %). 2025-ci ilin birinci yarısına olan məlumata görə, Rusiyanın investisiyalarının həcmi 4,77 milyard ABŞ dolları təşkil edib, regiondan cəlb olunan vəsaitlərin ümumi həcmi isə 5,4 milyard ABŞ dolları olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam