Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

MM Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını təsdiqləyib

 

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

Yenixeberorg.com xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə müvafiq qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunub.

Qeyd edilib ki, sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir. Sazişə əsasən Tərəflər səlahiyyətli qurumları tərəfindən öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrinin qarşılıqlı olaraq tanıyırlar.

Sazişin müddəaları sürücülük vəsiqələrinin ixtisas imtahanından keçmədən dəyişdirmək hüququnun həyata keçirilməsi, ərizə ilə müraciət qaydaları, müəyyən edilmiş daxili rüsumların ödənilməsi, sürücülük vəsiqələrinin ekvivalentliyi, nümunələrinin mübadiləsi, bunun üçün səlahiyyətli qurumların müəyyən edilməsi, zəruri məlumatların ötürülməsi, fikir ayrılıqlarının həlli və sair məsələləri tənzimləyir.

Sazişin digər müddəaları onun qüvvəyə minməsinə dair zəruri dövlətdaxili prosedurları, Sazişin ləğvi və digər məsələləri tənzimləyir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam