Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır

 

Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Bildirilib ki, regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır:

"Bu kimi cəhdləri qətiyyətlə pisləyirik. Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrinin hansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil.

Region və Körfəz ölkələri müasir radar və müşahidə sistemlərinə malikdir və bu sistemlər vasitəsilə obyektlərin mənşəyi və trayektoriyası aydın şəkildə müəyyən olunur.

Bildiririk ki, Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyin qorunmasına daim sadiqdir. Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq.

Media subyektlərini və sosial şəbəkə istifadəçilərini informasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirməyə, yalnız rəsmi və etibarlı mənbələri əsas götürməyə, şübhəli və manipulyativ xarakterli məlumatların yayılmasına yol verməməyə səsləyirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam