Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Altıağac –Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

İntensiv yağıntılar nəticəsində sürüşmənin baş verdiyi Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb. Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Yenixeberorg.com-un məlumatına görə, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub. Sürüşmə nəticəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, həmçinin yol yatağının möhkəmləndirilməsi istiqamətində işlər aparılır.

Əsas məqsəd nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır. Eyni zamanda, yağıntılı hava şəraitinin yaratdığı risklərin minimuma endirilməsi üçün əlavə qabaqlayıcı tədbirlər də görülür.

Qeyd olunur ki, təkcə Altıağac–Xızı yolunda deyil, ölkə üzrə ümumilikdə 25 avtomobil yolunda yağış və sel sularının törətdiyi fəsadların aradan qaldırılması nəzərdə tutulub. Bu çərçivədə zərər görmüş yol infrastrukturlarının bərpası, körpü və suötürücü qurğuların təmiri, eləcə də təhlükəli ərazilərdə mühafizə tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam