Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər

ABŞ, Ukrayna və Rusiya enerji sahəsində atəşkəsi müzakirə etmək üçün bu gün üçtərəfli formatda görüş keçirə bilər.

Yenixeberorg.biz xəbər verir ki, bu barədə mənbə Ukraynanın ZN.UA nəşrinə bildirib.

Onun məlumatına görə, görüşün keçirilməsi barədə razılıq Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 22-də Nyu-Yorkda baş tutan danışıqlar zamanı əldə olunub.

Görüşdə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, Trampın xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff, eləcə də Rusiya Prezidentinin xüsusi elçisi Kirill Dmitriyev iştirak edə bilər.

Müzakirənin əsas məsələsi enerji sahəsində atəşkəs, xüsusən də tərəflərin onu şərh etməsi və razılaşmalara əməl olunmasına nəzarət mexanizmləri olacaq.

Mənbə bildirib ki, Rusiya tərəfi sərbəst gəmiçilik və Rusiya neftini ixrac edən "kölgə donanması" ilə bağlı məsələlərin gündəliyə daxil edilməsində təkid edəcək.

Onun sözlərinə görə, müharibənin başa çatdırılması üzrə yol xəritələrinin hazırlanmasına Trampın Çin Sədri Si Cinpinlə görüşü təsir edə bilər.

Daha əvvəl V.Zelenski bildirmişdi ki, onun Trampla görüşündən sonra Ukrayna və ABŞ nümayəndə heyətlərinin danışıqları baş tutub. Bundan sonra Uitkoff və Kuşner Rusiya tərəfi və tərəfdaşlarla gələcək danışıqların mümkün formatlarını müzakirə etməli idilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam