Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb-FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.

Yenixebeorg.biz: Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qabardılıb.

Qeyd olunub ki, Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.

Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam