Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib

Ukrayna dronu Anapa-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarına düşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.
Yenixeberorg.az: Bildirilib ki, Voronej vilayətinin Somovo stansiyasında Anapa-Moskva marşrutu üzrə hərəkət edən sərnişin qatarına PUA hücumu olub.
İlkin məlumata görə, 5 nəfər yaralanıb.
Hazırda dəmiryolunun Tresvyatskaya - Somovo - Otrojka - Voronej hissəsində nəqliyyatın hərəkətinin dayandırıldığı,
Rusiyanın cənubuna edən qatarlarda və şəhərətrafı qatarlarda gecikmələrin gözlənildiyi bildirilib.
Qeyd edək ki, Ukrayna Voronej vilayətinə kütləvi dron hücumu hayata keçirib. 113 PUA-nın vurulduğu, 2 nəfərin öldüyü, 17 nəfərin yaralandığı bildirilib.









AZ
RU