Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub

Milli Müdafiə Universitetində (MMU) müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Müdafiə və milli təhlükəsizliyin aktual problemləri" mövzusunda Respublika Elmi-Praktik Konfransı keçirilib.

Yenixeberorg.az: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov müdafiə və milli təhlükəsizliyin təmin olunmasında qurumlararası əməkdaşlığın, əlaqələndirilmiş fəaliyyətin və elmi-praktiki təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, müasir təhlükəsizlik çağırışları, kibertəhlükəsizlik, informasiya mühitinin qorunması, hibrid təhdidlərə qarşı hazırlıq, eləcə də müasir texnologiyaların hərbi idarəetmədə tətbiqi və peşəkar hərbi kadr hazırlığı məsələlərinə toxunub.

Konfrans çərçivəsində "Müdafiə və milli təhlükəsizliyin aktual problemləri" mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə əməliyyat mühitinin transformasiyası və gələcəyin döyüş məkanı, peşəkar hərbi təhsil sistemi, səriştəyönümlü kadr hazırlığı, rəqəmsal ordu və müasir müdafiə texnologiyaları, süni intellekt həlləri, kibertəhlükəsizlik və hərb elminin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Respublika Elmi-Praktik Konfransın işi noyabrın 5-dək seksiyalar üzrə davam etdiriləcək. Konfrans müddətində müdafiə və milli təhlükəsizlik sahəsində aktual elmi məsələlərin müzakirəsi, təcrübə mübadiləsi və qurumlararası əməkdaşlığın inkişafı nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam