Raket istehsalı üçün “yeraltı şəhər” yaradıldı...

İran raket və pilotsuz uçuş aparatlarının istehsalını yeraltı komplekslərə köçürüb və raket istehsalı üçün “yeraltı şəhər” yaradıb.
Yenixeberorg.az: Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebi bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, SEPAH-ın Aerokosmik Qüvvələri raket və dron istehsalını qısa müddətdə yeraltı obyektlərə köçürə bilib:
“Bu gün İranın geniş və müxtəlif coğrafiyası barədə öz biliklərimizə və qeyd etdiyim çevik imkanlara əsaslanaraq, düşmənin silah istehsalımıza, eyni zamanda modernləşdirmə işlərimizə bir an belə mane olmasına heç vaxt imkan verməyəcəyik. Yeraltı istehsal infrastrukturu hərbi əməliyyatlar və hava hücumları zamanı da raket və pilotsuz uçuş aparatlarının istehsalını davam etdirməyə imkan verir”.









AZ
RU