Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb

Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb.

Yenixeberorg.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, eyni ilə İrəvandan Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı da müraciət daxil olmayıb.

Lavrov qeyd edib ki, Paşinyanın Aİ üzvlüyünə müraciət etdikdən sonra referendum keçirmək cəhdi xalq üçün seçim deyil; xalqı fakt qarşısında qoymaqdır.

"Paşinyan bəyan edib ki, Ermənistan KTMT-yə marağını itirib, bu təşkilat İrəvan üçün faydasızdır, onun maraqlarına cavab vermir. Bütün bunlar sözlərdən ibarətdir, heç bir sənədlə təsdiqlənmir. Əgər onlar istəyirlərsə ki, biz Ermənistanı KTMT-dən qovaq, bunu heç kəs etməyəcək", deyə Rusiya XİN başçısı vurğulayıb.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam