Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Sankt -Peterburqda avtomobildə partlayış nəticəsində polkovnik ölüb

Sankt-Peterburqda avtomobil partlayıb, nəticədə Rusiya ordusunun polkovniki həlak olub.

Yenixeberorg.az xəbər verir ki, bu barədə Rusiya və Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, partlayış Sankt-Peterburq yaxınlığında yerləşən Şuşarı qəsəbəsində baş verib. Həlak olan şəxsin Rusiya ordusunun polkovniki olduğu məlum olub. Onun avtomobildə olan qohumu da yaralanıb.

Həlak olan şəxsin adı və hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

Rusiya İstintaq Komitəsindən bildiriblər ki, Sankt-Peterburqda baş vermiş partlayışdan sonra Rusiya hərbçisinin həlak olması faktı ilə bağlı cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam