Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

"Aİ Ukraynaya həm müharibə, həm də sülh dövründə dəstək verəcək"

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı keçirilən danışıqlarda Avropa nümayəndələrinin iştirakını müsbət qiymətləndirib.

Yenixeberorg.az: O, bunu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Von der Lyayenin sözlərinə görə, Avropa nümayəndələrinin danışıqlarda iştirakı həm Avropanın maraqlarının qorunması, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin bu istiqamətdəki müraciəti baxımından əhəmiyyətlidir.

“Əbu-Dabidə keçirilən sülh danışıqlarını çox müsbət qarşılayıram. Avropalıların orada təmsil olunması həm maraqlarımızın qorunması, həm də Prezident Zelenskinin xahişi baxımından yaxşıdır. O, danışıqlarda avropalıların ona dəstək verməsini istəyib”, – Avropa Komissiyasının rəhbəri bildirib.

O vurğulayıb ki, Avropa İttifaqı müharibə dövründə olduğu kimi, sülh şəraitində də Ukraynanı dəstəkləməyə davam edəcək.

Von der Lyayen, həmçinin Avropa Komissiyasının Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladığını və 2027-ci ildə Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması ilə bağlı təklif üzərində işlədiyini açıqlayıb.

Onun sözlərinə görə, sanksiyalar paketi və Ukraynanın maliyyə ehtiyaclarının ödənilməsinə dair təklif növbəti Avropa Şurasının iclasından əvvəl təqdim olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam