Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb-FOTO


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

Yenixeberorg.az xəbər verir ki, söhbət zamanı İlham Əliyevin Maya Sandu ilə görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlandı.

Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxundu və bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirdi.

Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.

Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam