Redaktor seçimi
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
Günün xəbəri

Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı -Ailəsi ilə birgə

eli-kerimlinin-mehkemesine-ramiz-mehdiyev-cagirildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində sonuncu şahidlər dindiriləcək.

Yenixeberorg.az: Həmin şahidlər Ramiz Mehdiyev və ailə üzvləridir.

Ramiz Mehdiyev, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyev rəsmi bildirişlə məhkəməyə çağırılıblar. Onlar ibtidai istintaq vaxtı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən dindiriliblər.

Məhkəmə sabaha təyin edilib.

İttihamda deyilir ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev, axtarışda olan Abbas Abbasov və digər şəxslərlə birlikdə hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi barədə sövdələşmədə iştirak edib. DTX cinayətlə bağlı geniş videomaterial yayıb, orada Ramiz Mehdiyevin Əli Kərimlinin adamları və xarici xüsusi xidmət orqanları ilə səs yazıları yer alıb.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.

Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.(“Qafqazinfo”)

Sail Ağasəlim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam