Redaktor seçimi
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Günün xəbəri

Ermənistanın yeni Konstitusiyasının layihəsi:Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Ermənistanın yeni Konstitusiyası hazırlanıb - ƏSAS MƏQAMLAR

Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib.

Yenixeberorg.az: Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan hazırda canlı yayımda xalqa müraciət edir.

Ermənistanın yeni Konstitusiyasının layihəsi bu məqsədlə yaradılmış xüsusi saytda yerləşdirilib.

Paşinyan qeyd edib ki, sayt vətəndaşların yeni Konstitusiya layihəsini oxuması və təkliflərini təqdim etməsi üçün yaradılıb

Qeyd edilib ki, yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

news content

Qeyd edək ki, Paşinyan hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edərək, onun rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam