Redaktor seçimi
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Günün xəbəri

Rusiya hərbi gəmisi və daha bir ticarət gəmisinə hücum edilib

Liviya sahillərində Rusiya hərbi gəmisi və daha bir ticarət gəmisinə hücum edilib
Liviyanın Benqazi şəhərindəki hərbi-dəniz bazasında Rusiyaya məxsus “Merkury” korvetində pilotsuz aparat hücumu nəticəsində partlayış baş verib.

Yenixeberorg.az: Liviyanın şərqindəki hökumətin ilkin araşdırmasına görə, gəmi pilotsuz katerlərin hücumuna məruz qalıb.

Hadisə nəticəsində 10 nəfər – Rusiya və Liviya vətəndaşları yüngül xəsarət alıb. Peyk görüntülərinə əsasən, korvetin böyük hissəsi çevrilərək suya qərq olub.

Bundan başqa, Benqazi sahillərində Malta bayrağı altında üzən ticarət gəmisi də pilotsuz katerlə vurulub. Liviya Hərbi Dəniz Qüvvələri gəminin heyətini xilas edib. Məlumata görə, həmin gün axşam saatlarında Liviya hərbi-dəniz və hava qüvvələri Benqazi sahillərində 20-dən çox pilotsuz kateri ələ keçirib və ya zərərsizləşdirib.

Liviyanın şərqindəki hökumət hücumu ölkənin suverenliyinin pozulması və dəniz təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Hadisə ilə bağlı Rusiya ilə birgə araşdırma başladılıb. Hücumların məsuliyyətini heç kim üzərinə götürməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam