Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Türkiyə Ermənistanla sərhəddə nəzarəti gücləndirib

 

 

Türkiyə ordusunun əsgərləri 15 dərəcə şaxtada 24 saat öz vəzifəsini yerinə yetirir

Türkiyə Ermənistanla sərhəddə nəzarəti gücləndirib.

Yenixeber.org:  İHA xəbər verir ki, Türkiyə ilə Ermənistan arasındakı Qars sərhəd xətti kameralarla 24 saat hərbçilər tərəfindən izlənilir, sərhədin pozulması hallarına anındaca müdaxilə edilir.

Türkiyə ordusunun əsgərləri 15 dərəcə şaxtada 24 saat öz vəzifəsini yerinə yetirir.

“Sərhəd qartalları” (“Hudut Kartalları”) soyuq hava şəraitində belə sərhəd bölgəsinə nəzarət edir. Türkiyə-Ermənistan sərhədinə quraşdırılan termal kameralar vasitəsilə sərhədi pozanlara dərhal müdaxilə edilir.

Şəhid Piyada Onbaşı Mustafa Koçak sərhəd məntəqəsinin əsgərləri hər gün 10 kilometrlik ərazidə xidmət edirlər. Sərhədçilərin bir qismi əraziyə nəzarət edərkən, digərləri barmaqları tətikdə müşahidə qülləsində keşik çəkirlər.

Məlumata görə, Türkiyə ordusunun əsgərləri “dosta güvən, düşmənə gözdağı verir”. Əsgər xidməti vəzifəsini yerinə yetirərkən Türkiyənin bir vətəndaşının qadağan edilən bölgəyə girməsi müəyyənləşib. Həmin əraziyə dərhal zirehli maşın və hərbçilər cəlb edilib. Hadisə sərhəd məntəqəsindən komandir tərəfindən dəqiqəbədəqiqə izlənib, ərazidəki kəndli bölgədən uzaqlaşdırılıb. Bölgə qarış-qarış nəzərdən keçirildikdən sonra əməliyyat uğurla başa çatıb və hərbçilər sərhəd məntəqəsinə geri qayıdıblar. 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı terrorçu PKK üzvlərinin Türkiyə sərhədini pozaraq bu ölkə ərazisinə keçdikləri barədə məlumat yaymışdı. Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədini Rusiya ordusu qoruyur.“Report”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam