Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb-VİDEO

 

 

© Mod.gov.az

Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan ordusunun genişmiqyaslı təlimləri davam edir.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam