Redaktor seçimi
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Günün xəbəri

Suvenir şamların içindən "Lyrica 300 mg" çıxdı

Suvenir şamların içindən "Lyrica 300 mg" çıxdı

 

 

Tovuz Gömrük İdarəsinin "Sınıq-Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, Türkiyə Respublikasının vətəndaşı Yücel Güngördü Ali oğlunun idarə etdiyi "Mersedes Benz Travego" markalı, 37LJ257 nömrə nişanlı sərnişin avtobusunda içərisində suvenir şam şəklində predmetlər olan bir ədəd çantaya piyada idxal xəttində quraşdırılmış "HEİMAN X-ray" markalı rentgen qurğusunda baxış keçirilib
Yenixeber.org: Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı predmetin içərisində dərman preparatları olduğu müəyyən edilib.

Çantaya təkrar baxış zamanı suvenir şam şəklində olan əşyaların içərisində 2510 ədəd kapsul şəklində, üzərində "Lyrica 300 mg" yazısı olan psixotrop tərkibli dərman preparatları və 2 ədəd kiçik ölçülü şəffaf rəngdə sellofan bağlamada ümumi çəkisi 169 qram olan, kristal şəklində narkotik vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam